Qəsbkar ermənilər Azərbaycanın Tərtər rayonunun işğal altındakı  Suqovuşan (“Madagiz”) kəndi yaxınlığındakı daş kömür mədənləri vasitəsilə  400 min ton neft əldə etməyə hazırlaşır. 

İqtisadiyyat.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda son açıqlamasında Xankəndindəki separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri”, “Azad vətən” “partiya”sının sədri Araik Arutyunyan məlumat verib. Onun sözlərinə görə, 2015-ci ildə Ermənistan politexnik universiteti Suqovuşan ərazisindəki kömür yatağında tədqiqat aparıb və buradakı kömür ehtiyatlarından sintetik yolla neft əldə etməyin mümkün olduğunu müəyyən edib. Məlum olub ki, mədəndən təxmnən 400 min ton və ya 20 milyon dollarlıq  “qara qızıl” əəldə etmək olar. Universitet neftin istismarı sxemini də hazırlayıb. Lakin 2016-cı ilin Aprel savaşı buna mane olub.