OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşma tam həcmdə yerinə yetirilərsə, 2021-ci ilin birinci rübündə dünya neft ehtiyatlarının həcmi 100 milyon barel, yaxud gündəlik 1,1 milyon barel azala bilər.

Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə dünya neft bazarında tələbatın artması ilə cari ilin ikinci yarısında neft ehtiyatları azalmağa davam edəcək.

Qurumun məlumatına görə, 2020-ci ilin 4-cü rübündə dünyada gündəlik neft ehtiyatları2,58 milyon barel azalıb. O cümlədən OECD ölkələrinin kommersiya ehtiyatları avqust – noyabr ayları ərzində daim azalaraq 3 108milyon barel təşkil edib ki, bu da son 5 ilin orta ehtiyatlarına nisbətən 166,7 milyon barel çoxdur.