Roma Papası Fransisk Vatikandan Milad günü ilə bağlı dünyaya mesaj verib.

Papa 2023-cü ildə Ukraynadakı müharibənin tezliklə bitməsini arzulayıb.

“Ukrayna dünya buğdasının təxminən 30%-nə ev sahibliyi edir. Fevral ayında başlayan rus işğalından sonra isə qiymətlər yüksəlib. Bu, da öz növbəsində ölkələri ərzaq böhranı ilə qarşı-qarşıya qoyur. Nəticədə dünya sülh aclığından əziyyət çəkir”,-deyə Papa bildirib.

O, həmçinin, qeyd edib ki, dünyada insan haqlarının pozulması nəticəsində 69-u uşaq olmaqla 500-dən çox adam öldürülüb.