Dekabrda paytaxtda 81 yaşayış binası üzrə 4536 mənzil təbii qazla təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, ötən ilin dekabr ayında 81 yaşayış binası üzrə 4536 mənzil təbii qazla təmin olunub.