Bu gün və sabah Daşkəsən rayonunun qaz təchizatında fasilə olması gözlənilir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, SOCAR-ın "Qaz İxrac" İdarəsi “Daşkəsən” Qaz Paylayıcı Stansiyasında (QPS) texnoloji hissənin yenidən qurulması işlərini həyata keçirəcək. 

Təmir işlərinin gedişatından asılı olaraq bir-neçə yaşayış məntəqəsində qaz təchizatı bu gün bərpa edilə bilər.report