"AzerGold" QSC Daşkəsən dəmir filizi yatağı üzrə geoloji məlumatların rəqəmsallaşdırılması, topoqrafik çəkiliş və perspektiv sahələr üzrə axtarış və çöl-tədqiqat işlərinin satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

İqtisadiyyat.az "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, "AzerGold"un elan etdiyi tenderin qalibi "Datum" şirkəti seçilib. Şirkətlə ümumi dəyəri 737,9 min. manat təşkil edən müqavilə imzalanıb.