Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, yanvar-mart aylarında payızlıq və yazlıq çoxillik ot bitkilərinin yenidən əkilən sahəsi də daxil olmaqla, 2602,2 hektarda yaz əkini aparılıb. Yazlıq əkinlərin 539 hektarını çoxillik otlar, 1622 hektarını tərəvəz, 340 hektarını kartof, 101,2 hektarını şəkər çuğunduru təşkil edir.

Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Həmçinin pambıq səpini üçün hazırlıq işləri görülür.