İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının hər yerində döyüşür. 

İqtisadiyyat.az xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib.

"Qüvvələrimiz bütün Qəzza zolağında - Cebaliya, Əz-Zeytun və Rəfahda döyüşür, biz bunu mülki əhalinin təxliyəsi ilə eyni vaxtda edirik", - Netanyahu bildirib.

"Bizim səylərimiz öz bəhrəsini verir", - deyə İsrail Nazirlər Kabinetinin rəhbəri əlavə edib.

Netanyahu qeyd edib ki, HƏMAS hərəkatı üzərində hərbi qələbəyə alternativ yoxdur: "Qələbənin yalnız bir alternativi var - məğlubiyyət. Hərbi, diplomatik və milli məğlubiyyət. Mənim hökumətim bununla razılaşmayacaq".