Kosovo Mərkəzi Bankı (BQK) avronun ölkədə nağd ödəniş əməliyyatlarında istifadə edilə bilən yeganə valyuta olması ilə bağlı qanunu təsdiqləyib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, yeni qanun fevralın 1-dən qüvvəyə minəcək.

Avrodan başqa valyutalar yalnız fiziki formada və ya bank hesablarında saxlanıla, beynəlxalq ödənişlər və valyuta əməliyyatları üçün istifadə edilə bilər.

Qeyd edilib ki, Kosovo Mərkəzi Bankı (BQK) avro əskinaslarını, sikkələri və digər valyutaları ölkəyə kollektiv şəkildə daxil etmək və ölkədən çıxarmaq üçün müstəsna hüquqa malik olacaq.

Kosovonun serblərin çoxluq təşkil etdiyi bütün yaşayış məntəqələrində ödəniş üçün serb dinarlarından istifadə edilir. Ölkədəki serb müəssisələrində çalışanların maaşları, pensiyaları, sosial müavinətləri və uşaq müavinətləri də dinarla ödənilir.

Əsasnamənin qüvvəyə minməsi ilə ölkədə serb dinarının istifadəsinə son qoyulacağı bildirilir.

Sadiq Cavadov