Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, 9 948 nəfər vəfat edib, aktiv xəstə sayı 302 nəfərdir.

Ölkədə son sutka ərzində 2 956, hazırkı dövrədək isə 7 323 276 test aparılıb.

 

  • Daha 60 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb