Hatayda zəlzələ nəticəsində dağıntılar altında qalan daha bir azyaşlı xilas edilib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, xilasedicilər 72 saat sonra dağıntılar altından 5 yaşlı Hazal Güneri çıxarıblar.

Azyaşlının xilasedicilərlə dioloqu maraqla qarşılanıb.

Belə ki, Hazal xilasedicilərin  "Su istəyirsən?" sualına – “Su içmirəm, hələ müayinədən keçməmişəm” deyə cavab verib.