Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

*** 

09.51

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 118 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin "Xinxua" agentliyi məlumat yayıb.

***

07.59

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edilir ki, Qansuda ölənlərin sayı 100-ə çatıb, Çinxayda isə 11 nəfər ölüb. Daha əvvəl 230-dan çox insanın xəsarət aldığı bildirilirdi

***

06:37

Çinin Qansu və Çinxay əyalətlərində 6,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 111 nəfər ölüb, 236 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, Şimal-qərb Qansuda 86 nəfər ölüb, 96 nəfər yaralanıb, Qansudan qərbdə yerləşən Sinxhay əyalətində isə 11 nəfər ölüb, 140 nəfər yaralanıb