Çində bu həftənin əvvəlində bir gündə 37 milyon nəfərdə koronavirus aşkarlanıb.

Bu, pandemiyanın başlanğıcından bəri qeydə alınan ən böyük rəqəmdir. 

Ümumilikdə dekabrın ilk 20 günündə ölkədə 248 milyon insan, yəni əhalinin təxminən 18%-i koronavirusa yoluxub.

Qeyd edək ki, Çinin bir sıra şəhərlərində koronavirusa görə sərt məhdudiyyətlər tətbiq edilib.