Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi açıqlama yayıb.

Açıqlamaya görə, səhər saatlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnmin episentri bölgənin şimalındakı Aksu vilayətinin Şayar rayonunda olub. Zəlzələ yerin 50 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində insan tələfatı və maddi tələfat barədə hələlik məlumat verilmir.