Çin 2023-cü il yanvarın 8-dən etibarən ölkəyə xaricdən gələn turistlər üçün karantin tələbini ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

 

Bundan əlavə, ölkədə qüvvədə olan COVID-19-a qarşı tədbirlərin kateqoriyası ən yüksək A səviyyəsindən B səviyyəsinə endirilib.

 

Xatırladaq ki, Çində son günlər sutkalıq yoluxma hallarında kəskin artım müşahidə olunur.