COVID-19 epidemiyası ilə əlaqədar tətbiq edilən beynəlxalq səyahət məhdudiyyətlərinin və sərhəd tədbirlərinin qaldırılacağı elan edildikdən sonra Çində pasport və viza prosedurlarına yenidən başlanacağı bildirilib.


İqtisadiyyat.az xəbər verir ki, Milli İmmiqrasiya İdarəsi tərəfindən edilən şərhdə, epidemiya səbəbiylə dayandırılan Çin vətəndaşlarının standart pasport müraciəti və təsdiqləmə proseslərinin 8 Yanvar 2023-cü il tarixindən etibarən adi axınına dönəcəyi ifadə edilib.

Beləliklə, 3 ildən sonra Çin vətəndaşları ailə, iş və təhsil öhdəliklərindən başqa turizm və dost səfərləri üçün xaricə gedə biləcəklər.

Bundan əlavə, Çin vətəndaşlarına turizm və biznes məqsədləri üçün Honq-Konq Xüsusi İnzibati Bölgəsinə getməyə icazə veriləcək.