Çin Avropa İttifaqı və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) da daxil olmaqla, ölkə və birliklərə yeni səfirlər təyin edib.


İqtisadiyyat.az xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin qəbul etdiyi qərara uyğun olaraq, prezident Si Cinpin bəzi səfirlərin təyin edilməsi barədə göstəriş verib.

Fun Cong Çinin Avropa İttifaqında (AB) səfirliyi, Hou Yanchi ASEAN səfirliyi, Cu Chingchiao Braziliya səfirliyi, Yao Vin Banqladeş səfirliyi və Guo Cicun Komor adaları səfiri təyin edilib.

Xarici İşlər Nazirliyinə gətirilən Çinin ABŞ-dakı səfiri Çin Qanqın yerinə hələlik təyinat olmayıb.