Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə ikitərəfli gündəlikdə duran məsələləri müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi özünün "X" hesabında paylaşım edib.
 
Nazir regional əməkdaşlığın əhatə dairəsini və iki qardaş xalq arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
 
Ceyhun Bayramov ilk dəfə Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Strateji Dialoq Nazirlərinin Toplantısında iştirak etmək üçün xoş dəvətə görə minnətdarlığını bildirib.

***

19:56

Özbəkistanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Prezident Şavkat Mirziyoyevlə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşıdakı görüş və gündəlikdə duran tədbirləri nəzərdən keçirib.

Görüşdə, həmçinin əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir mübadiləsi aparılıb.