“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunda əlilliyin müəyyən edilməsi qaydalarına dəyişiklik təklif olunur.

Layihəyə əsasən, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilir.

“II dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri isə “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənir.

“III dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənməsi təklif olunur.

Layihə parlamentin növbədənkənar sessiyalarında müzakirəyə çıxarılacaq.