Cənubi Koreya Şimali Koreyanın pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına daxil olmasından sonra ordusunun xəbərdarlıq atəşi açaraq döyüş təyyarələrini havaya qaldırdığını bildirib.

Nazirlik Cənubi Koreya ordusunun Şimali Koreyanın İHA-larını vurmaq üçün döyüş təyyarələri və hücum helikopterlərini havaya qaldırmazdan əvvəl xəbərdarlıqlar etdiyini və xəbərdarlıq atəşi açdığını deyib.

İHA-ların vurulub-vurulmaması ilə bağlı məlumat paylaşılmayıb.

Yaponiya hökuməti və Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri dekabrın 23-də Şimali Koreyanın ballistik raket sınaqları keçirdiyini açıqlayıb.