"Qalatasaray" Norveç çempionu "Molde"ni məğlub edərək qruplara vəsiqə qazandı.

İqtisadiyyat.az xəbər verir ki, bu "sarı-qırmızılı" klubun bu turnirdə 17-ci iştirakı olacaq. Bu göstərici ilə "Qalatasaray" Türkiyədə 1-ci pillədə yer alır.

2-ci pillədə Avropanın ən böyük turnirində 8 dəfə iştirak edən "Beşiktaş" klubu qərarlaşıb.

"Fənərbağça" Çempionlar Liqasının qruplarında  6 dəfə iştirak edib.

"Trabzonspor", "Bursaspor" və ""Başakşəhər " klubu hərəyə bir dəfə bu turnirdə iştirak ediblər.