İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Zadəganlar "Monako"nun 21 yaşlı müdafiəçisi Benoit Badiashile ilə 7,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" bu transfer üçün 38 milyon avro xərcləməli olub.