Heyətinə yeni futbolçular cəlb edən "Çelsi" əsas futbolçularını da komandada saxlamaq istəyir.

İqtisadiyyat.az xəbər verir ki, Nqolo Kante ilə "Zadəganlar" arasında yeni müqavilə üçün aparılan müzakirələr davam etdirilir. İlkin danışıqlardan sonra şansların 50-50-ə olduğu bildirilir.

Qeyd edək ki, fransız futbolçu 2016-ci ildən "Çelsi"də çıxış edir.