ABŞ-nin keçmiş prezidenti Corc Buş 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinlə şam yeməyi zamanı çəkilmiş fotodan şoka düşdüyünü deyib. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, buna səbəb “Vaqner”in təsisçisi Yevgeni Priqojinin Buşun qatıldığı tədbirlərin birində ofisiant olması olub.

“Bu günlərdə Sankt-Peterburqda 2006-cı ildə keçirilən G8 sammitində çəkilmiş foto gördüm və şoka düşdüm, burada Priqojin mənə yemək verən adam idi”, - Corc Buş deyib. 

Xatırladaq ki, avqustun 23-də Priqojinə məxsus “Embraer Legacy” təyyarəsi Tver vilayətində qəzaya uğrayıb. Rusiya Federasiyasının İstintaq Komitəsi “Vaqner” liderinin ölümünü təsdiqləyib. 

Priqojin Sankt-Peterburq qəbiristanlığında dəfn edilib.