"OPEC+" ölkələri alyansın nazirlərinin monitorinq komitəsinin iclasından sonra bazar şəraitindən asılı olaraq könüllü olaraq azaldılan neft hasilatı planını bu ilin oktyabr ayından dayandıra və ya ləğv edə bilərlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in saytında dərc olunmuş yekun kommünikedə deyilir.

Məlumata görə, qurumun nazirlərinin növbəti iclası oktyabrın 2-nə təyin edilib.

Bildirilib ki, bu ilin oktyabrından Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla 8 "OPEC+" ölkəsi neft hasilatını mərhələli şəkildə bərpa etməyi planlaşdırır.

 

Gözəl Həşimova