“Alfa Aqro” QSC və “Habako Konstrakşn” QSC “Binə Aqro” QSC-ə birləşdiklərini elan ediblər.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, "Alfa Aqro" QSC-nin və "Habako Konstrakşn" QSC-nin  bütün hüquq və vəzifələri "Binə Aqro" QSC-yə keçir. 

"Binə Aqro" qoşulma ilə əlaqədar olaraq yenidən təşkil olunub. 

"Binə-Aqro" Bakı şəhəri yaxınlığında yerləşən Binə kəndində istixanalara sahibdir.

"Alfa Aqro" QSC-nin və "Habako Konstrakşn" QSC-nin qanuni təmsilçisi Rəşad Mailovdur. Bu şəxs "Binə Aqro" QSC-nin də qanuni təmsilçisidir. Hər 3 şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov, rayonu, Ziya Bünyadov, məhəllə 1965-dir.

"Alfa Aqro" QSC 2 min manat, "Habako Konstrakşn" QSC isə 160 min manat nizamanmə kapitalına malikdir.  "Binə Aqro" QSC isə 2 min manat nizamnamə kapitalına sahibdir.