Moldovada müxalif Kommunistlər və Sosialistlər Bloku hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. 

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, yüzlərlə nümayişçi bahalaşmanın dayandırılması, dövlət işçilərinin maaşlarının artırılması və dövlət əmlakının özəlləşdirilməsinin dayandırmasını tələb edib.

Ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib, müxalifətə platforma yaradan 12 Moldova telekanalının yayımı dayandırılıb, 50-dən çox internet saytı bloklanıb. Bundan başqa, müxtəlif partiyaların onlarla fəalı həbs edilib.

 

Əli Ağayev