2024-cü ilin yanvarı tarixdə ən isti ay olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının iqlim dəyişikliyi xidmətinin ekspertləri məlumat yayıb.

Bu ilin yanvar ayı qışın rekord dərəcədə isti keçdiyi ikinci aydır. Bununla da ötən ay tarixdə ardıcıl səkkizinci ən isti ay olub.

Bildirilib ki, bu, təkcə ən isti yanvar ayı deyil, həm də qlobal orta temperaturun sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi yuxarı olduğu bir aydır.

Alimlər bəşəriyyəti atmosferə zərərli karbon qazı tullantılarını azaltmağa çağırıblar. Onların fikrincə, bu, planeti qlobal istiləşmədən və onun fəlakətli nəticələrindən xilas edəcək yeganə yoldur.