Bu gündən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.

Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Qeyd edək ki, şəhər və rayonlara avtobusların gediş-gəlişi ötən il martın 29-dan dayandırılmışdı.