Dənizkənarı Bulvar İdarəsinə məxsus “Mirvari” gəmisi təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, gəminin təmiri işlərini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC öz üzərinə götürüb.

Gəminin təmiri 136 min manata başa gələcək.

Qeyd edək ki, “Mirvari” gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 650 nəfəri daşıya bilib. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir. 

Xatırladaq ki, hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.

Gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb.