BP şirkəti bu ilin II rübündə 17,7 mlrd ABŞ dolları məbləğində zərərlə üzləşib.

Bu barədə şirkətin hesabatında bildirilib.

Şirkət rüblük zərərdən sonra dividend ödənişini 50% azaldır. Bu, son on ildə ilk azalmadır. Beləliklə, BP-nin II rüb üzrə hər səhmə görə dividend ödənişi 5,25 sent hesablanır. Əvvəli rübdə isə bu 10,5 sent təşkil edib.

II rübdə BP-nin gəliri 56% azalaraq 31,7mlrd ABŞ dolları təşkil edib.

Hesabat dövründə BP-nin gündəlik hasilatı orta hesabla 2,5 mln barel neft ekvivalenti olub, bu isə illik müqayisədə 3,8% azdır.report