Bolqarsıtanda Yunanıstan sərhədinə yaxın Kirkovo qəsəbəsində reallaşdırılan mərasimlə Bolqarıstan baş naziri Boyko Borisov və Yunanıstan baş naziri Aleksis Çipras iki ölkə arasındakı təbii qaz boru xəttinin təməlini atıb. İqtisadiyyat.Az türk mediasına istinadən bildirir ki, təməl atma mərasiminə Azərbaycan baş nazirinin köməkçisi Yaqub Eyyubov da qatılıb.

Borisov özü sürdüyü avtomobillə Aleksis Çiprası mərasim baş tutan məkana gətirib. Layihənin iki ölkə üçün üçün strateji önəmini vurğulayan Borisov, xəttin eyni zamanda bütün Avropa üçün də önəmli olduğunu bildirib.

192 km uzunluğu olacaq xəttin tamamlanmasından sonra gələn ilin ikinci yarısı qaz ötürülməsinə başlanacağı deyilir. İllik daşıma həcmi 3-5 mlrd kubmetr arasında olacaq boru xətti Yunanıstanın Komotini məntəqəsi yaxınlığında başlayıb, Bolqarıstanın Stara Zagora məntəqəsində bitəcək. Bolqarsıtanın rus qazından asılılığını azaltması üçün gözlənilən Bolqarsıtan-Yunanıstan boru xəttindən Azərbaycanın “Şahdəniz-2” yatağından qaz tədarükü edəcəyi planlaşdırılır.

Mehman Nəbiyev