Ukraynada fevralın 24-dən dekabrın 26-na kimi başlayan müharibədə ümumilikdə 6884 mülki vətəndaş həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) hesabat yayıb.

Hesabatda 10 aydır davam edən Ukrayna-Rusiya müharibəsində mülki itki və itkilərin sayı paylaşılıb.

Pqylaşımda ölənlər arasında 429 uşaq olduğu bildirilib.

Müharibə zamanı həlak olanların 2719 -u kişi, 1832-si qadın, 1904-ü isə cinsiyyəti müəyyən edilə bilməyən olmaqla ümumilikdə 6884 nəfərin həyatını itirdiyi açıqlanıb.