Biləsuvarda cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb.

Rayon Statistika İdarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 718 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 hektar çoxdur. Əkin aparılmış sahələrin 298 hektarın təzə yonca, 61 hektarını kartof, 437 hektarın tərəvəz, 22 hektarını isə dənli paxlalı bitkilər təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 9 min 100 hektar sahədə pambıq əkilməsi üçün şum da aparılıb.

Qeyd edək ki, keçən il rayonda 10 min 257 hektar sahədə pambıq əkilib, 3 min 706 ton məhsul tədarük olunub.