Türkiyədə baş verən dəhşətli zəlzələnin 5-ci günündə axtarış-xilasetmə tədbirləri davam etdirilsə də, bəzi yerlərdə bu işlər dayandırılıb. Buna səbəb həmin yerlərdə dağıntı altından heç bir həyat əlamətinin alınmamasıdır.

Bu barədə xəbəri İqtisadiyyat.az-a hadisə yerindən bloger Sahil İmanov çatdırıb. Onun sözlərinə görə, AFAD xilasediciləri Hatayın Antakya şəhərində bəzi məhəllələrdə axtarışları dayandırıb. Çünki dağıntı altından səs alınmır, bu isə onu deməyə əsas verir ki, bu ərazilərdə sağ insan yoxdur. Yalnız həyatını itirmiş insanların cəsədləri var. Onların çıxarılması işi isə digər yerlərdə sağ insanların çıxarılmasından sonraya planlaşdırılıb. Buna görə də bəzi məhəllələrdə artıq axtarış işləri aparılmır. Əvəzində evlərini itirmiş insanlar üçün AFAD tərəfindən çadırların qurulduğu görünür. 

Hadisə yerindən son xəbərləri çatdırmağa davam edəcəyik. İqtisadiyyat.az-ı diqqətdə saxlayın.