Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda 2021-ci ilin birinci rübü üzrə neft hasilatı proqnozlarını yüksəldib.

Birinci rübdə Azərbaycanda 0,72 milyon barrel/sutka neft hasilatı proqnozlaşdırılır. Əvvəlki hesabatda bu göstərici 0,7 milyona bərabər idi.

Proqnoza əsasən, Azərbaycanda bu ilin ikinci rübündə neft hasilatı sutkada 0,71 milyon barrelədək azalacaq, üçüncü rübdə isə 0,73 milyon barrelədək artacaq.

Ümumilikdə, 2021-ci il ərzində Azərbaycanda neft hasilatı 0,72 milyon barrel/sutka həcmində proqnozlaşdırılır.