Belarusda koronavirusa yoluxan 29 xəstə sağalıb.

Bu barədə Sputnik.by Belarus Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Ölkədə koronavirusa yoluxanların sayı 86-ya çatıb, 23 min insan isə testdən keçirilib:

“Bu gün 29 nəfər xəstəxanadan evə buraxılacaq. 57 xəstənin müalicəsi davam etdirilir”.

Belarus hökumətindən isə bildirilib ki, ölkədə koronavirus epidemiyası nəzarətdə saxlanılacaq vəziyyətdədir, virusun yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.