Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqlarının tarixi kafedrasının professoru, tarix üzrə elmlər doktoru Nisbət Mehdiyeva vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, 87 yaşında xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, Nisbət Canməmməd qızı Mehdiyeva 1937-ci ildə Şamaxı rayonunun Göylər kəndində qulluqçu ailəsində anadan olub. O, 1960-cı ildə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsini bitirib.

N.Mehdiyeva 1968-ci ildə "Azərbaycan Həmkarlar İttifaqlarının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyasını, 1991-ci ildə isə "Azərbaycan Yaradıcılıq İttifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960-1980-ci illər)" adlı doktorluq dissertasiyasını müdafiə edib.