“Bazarstore” mağazalar şəbəkəsi bu gün sayca 69-cü mağazasını Panorama Park Yaşayış kompleksində müştərilərinin istifadəsinə verib.

20 minə yaxın çeşiddə məhsulun olduğu mağazada müştərilərin rahat alış-verişi üçün hər cür şərait yaradılıb. “Bazarstore” hər gün təzələnən halal ət və ət məhsullarından tutmuş, bişirilən isti çörəklər və digər un məmulatlarına, motal pendirindən tutmuş şora, baldan qaymağa qədər çox sevilən ləzzətləri seçərək müştərilərinə təqdim edir. Rəngarəng, gözoxşayan meyvə-tərəvəz hər zaman təzədir. “Bazarstore” keyfiyyətdə əsla güzəştə getmir. Öz sahəsində öndə gedən peşəkar heyətləri sayəsində qayğı və diqqətlə seçdiyi yerli ləzzətləri “Bazarstore” keyfiyyəti ilə rəflərində təqdim etməyə davam edir.
Mağazadakı məhsullar gündəlik olaraq müəssisənin keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, "Bazarstore" şəbəkəsinin reklam istehsalatını və təşkilati dəstəyini “Admedia” şirkəti həyata keçirir.