Fevral 11-də ABŞ prezidenti Co Baydenin seçki qərargahı “TikTok” sosial şəbəkəsində hesab yaradıb və ilk postu dərc edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Belə ki, “TikTok”da Baydenin futbolla bağlı sualları cavablandırdığı ilk videosu yayımlanıb. Bildirilib ki, bu addım potensial seçicilərin gənc auditoriyasını cəlb etmək məqsədi daşıyır.

Qeyd edək ki, ötən ilin fevralında Ağ Ev federal qurumlara “TikTok”u bütün cihaz və sistemlərdən silmək üçün 30 gün vaxt verib. Bu qərar Çin hakimiyyətinin tətbiqdən ABŞ vətəndaşlarına casusluq etmək üçün istifadə edə biləcəyi ilə bağlı narahatlıqlara görə verilib.