Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 105.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2.8% azdır. Belə ki, 22 fevralda keçirilən valyuta hərracında banklar 108.1 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, cari ilin fevral ayında keçirilən son beş hərracda dollara tələb 100 milyondan çox olub.