Baku Electronics SMM Operator vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial şəbəkələrdə tanıdılması və müştəri məmnuniyyətinin artırılması məqsədilə sosial media hesablarında müvafiq işləri aparmaq;
  • Şirkətin sosial şəbəkələrinə və rəsmi səhifələrinə gələn müraciətləri zamanında və düzgün şəkildə cavablandırmaq;
  • Sosial mediada şirkət haqqında qeyd edilən müştəri rəylərini mütəmadi olaraq izləmək;
  • Etik qaydalara riayət edərək müştərilərin sosial media üzərindən sorğularını gecikdirmədən cavablamaq;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • İş keyfiyyətinin mütəmadi olaraq artırılması istiqamətində işlər görmək.

Tələblər:

  • Ali təhsil;
  • SMM üzrə iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan və rus dillərini şifahi və yazılı olaraq yüksək səviyyədə bilmək;
  • Daxil olan müraciətlərin cavablandırılması zamanı Azərbaycan dilinin fonetik, leksik və qrammatik normalarına riayət etmək;
  • Ofis proqramlarından sərbəst şəkildə istifadə etmək;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarıqlarına sahib olmaq;
  • Kollektivdə komanda ilə işləmə bacarığı;
  • Punktual və pozitiv olmaq;
  • Şəxsi inkişafa yönümlü olmaq.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 09:00-dan 17:00-dək, 12:00-dan 21:00-dək;
  • Şirkət məhsullarını endirimli əldə etmək imkanı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini e-mailin mövzu hissəsinə “SMM Operator ” qeyd etməklə cv@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.