Bu gün paytaxtın Xətai rayonunda su olmayacaq.

Bu barədə “Azərsu” ASC məlumat yayıb. 

Bildirilib ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.