Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azalaraq 17,2 mlrd manat təşkil edib. 

Bakı şəhər Statistika İdarəsi məlumata görə, sənaye məhsulunun 74,5%-i mədənçıxarma, 22,6%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. 

Sənayedə qeyri-dövlət sektorunun payı 78,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6% təşkil edib. 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2020-ci il vəziyyətinə 297,9mln manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,4 mln manat məbləğində digər məhsullar da mövcud olub.report