Bu ilin yanvar-iyul aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 23,2 milyard manat təşkil edib.

APA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 80,9%-i mədənçıxarma, 17,1%-i emal, 1,4%-i  elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,9% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9% təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2019-cu il vəziyyətinə 233,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.