Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabr ayında təmirə dayandırılacaq.

İqtisadiyyat.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

"İllik planlaşdırılmış təmir işləri Neft Emalı Zavodu ilə yanaşı, "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay müddətində dayandırılacaq",- D.Məmmədov qeyd edib.