“İndi Bakı Limanı tamamilə dövlətə məxsusdur və bütün terminallar dövlətə məxsus “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən idarə olunur”.

Bunu Limanın baş direktoru Taleh Ziyadov xarici KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bütün terminalların "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən idarə edilməsi yaxın gələcəkdə dəyişəcək: “Liman terminallarının hər birinin bu sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən idarə olunmasını istəyirik. Məsələn, Ro-Ro terminalımıza bu sahədə təcrübəsi olan və əlavə yük həcmləri cəlb edə biləcək bir şirkət xidmət göstərəcəkdir. Eyni məsələ konteyner terminalı və qrup terminalı üçün də aiddir”.

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 terminaldan ibarət limanın 7 terminalı ümumi quru yük gəmilərinə, 2 terminal bərələrə, 2 terminal isə "Ro-Ro" və "Ro-Pax" tipli gəmilərə xidmət göstərir. Daha bir terminal isə Liman donanmasına xidmət edən terminal kimi istifadə olunur.report