2020-ci ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulan neftin həcmi 16 milyon 745.3 min ton təşkil edib. 

Fins.az xəbər verir ki, 2020-ci ilin yanvar-iyul aylarında BTC boru kəməri ilə 16 milyon 745,3 min ton neft vurulub ki, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 79,8 faizini təşkil edir

Məlumata görə, BTC boru kəməri ilə 2020-ci ilin yanvar-iyul aylarında tranzit neftin vurulması 2 418,8 min ton (2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 11,3% azalma) təşkil edib.