Azərbaycan poçt operatoru “Azərpoçt” MMC istifadəçilərə yeni növ mobil xidmətlər təklif edəcək.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə məlumatı MMC-dən bildiriblər.   

“Azərpoçt”dan bildirilib ki, hazırda smartfonlar vasitəsilə müxtəlif xidmətlərdən yararlanmaq üçün bir sıra yeni texnoloji həllər nəzərdən keçirilir.

“Ola bilsin, təklif edəcəyimiz həll ayrıca mobil əlavə şəklində deyil, yeni innovativ texnoloji həll olsun, hansı ki, istifadəçilərə bütün növ ödənişlərin aparmasına imkan yaradacaq. Hazırda elə texnoloji həll var ki, "WhatsApp" üzərindən müxtəlif əməliyyatlar, məsələn “Card to Card” xidmətindən istifadə etməyə imkan yaradır. Burada sadəcə smartfonun klaviaturasından istifadə edilir və ayrıca mobil əlavənin istifadəsinə ehtiyac qalmır”, - deyə “Azərpoçt”dan bildirib.