Rusiya-Ukrayna müharibəsi “Azərbaycan Beynəlxalq Bankı”na 35 milyon manatdan çox ziyan vurub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Rusiya-Ukrayna müharibəsi fonunda rublun ucuzlaşması “Azərbaycan Beynəlxalq Bankı”nın törəməsi “ABB-Moskva” MMC-ni məzənnə fərqindən zərərlə üzləşməsinə təsir edib. 

Belə ki, davam edən müharibə və qlobal sanksiyalar ötən 2 il ərzində Rusiya iqtisadiyyatına əhəmiyyətli təsir göstərib, o cümlədən 2023-cü ilin yanvar ayının ortalarından etibarən Rusiyanın milli valyutası olan rubl ABŞ dolları və digər valyutalara, o cümlədən AZN-ə qarşı dəyər itirməyə başlayıb. 31 dekabr 2023-cü il tarixinə rublun AZN-ə qarşı rəsmi məzənnəsi 1 rubl üçün 0.0188 AZN təşkil etmişdir (31 dekabr 2022-ci il: 1 rubl üçün 0,0230 AZN). 

Bu, 2023-cü il ərzində “ABB-Moskva” MMC-nin konsolidasiyası zamanı digər ümumi gəlirdə tanınmış 35 milyon 425 min AZN məbləğində məzənnə fərqindən zərərlə nəticələnib.